Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputat müharibə veteranları ilə bağlı xahiş etdi: 80 manat artırılsın!

 

“Müharibə veteranlarına verilən müavinətlərə yenidən baxılmalıdır”.

Yenixeber.org xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  bildirib.“Müharibə veteranlarına verilən 80 manat müavinət gülüncdür. İnkişaf etmiş ölkənin müharibə veteranlarına bu məbləği verməsi doğru deyil. Qeyd edilir ki, həmin müavinət kommunal xərclərin ödənilməsinə ayrılır, amma bu da tam ödəmir. Bu məsələyə baxılmasını xahiş edərdim”, -deyə o bildirib.

"Büdcə planlaşdırılıbsa, xərclənməlidir. Əhaliyə verilən 300 manatı artırıb 500-600 manat edin, artıq da qalmasın. Bunu eləmək istəmirsiniz, müharibə veteranlarına verilən 80 manatı qaldırın, ayıbdır", - V.Əhmədov əlavə edib.

Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.

Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.

Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam