Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ

 

Ölümlə nəticələnə biləcək dörd təhlükəli pəhriz barədə xəbərdarlıq edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə kardioloq Asiya Xaçirova danışıb

Kardioloq Xaçirova xəbərdarlıq edib ki, yalnız müəyyən qidaları qəbul edib, digərlərini bütövlükdə istisna edən bəzi pəhriz növlərinə aludəçilik böyrək və qaraciyərin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Onun sözlərinə görə, hətta bunun ölüm riski var. Mütəxəssis bu pəhrizlərdən biri kimi xam qida pəhrizini göstərib. "Tamamilə balanssız bir qidalanma, bundan sonra hətta ölümcül nəticə mümkündür", deyə o bildirib.

Bundan əlavə, həkim qeyd edib ki, Atkins, ketogenik və paleolit ​​pəhrizləri təhlükəlidir. Çünki onlar zülal və yağ istehlakını, taxıl və süd məhsullarından imtinanı nəzərdə tutur. Nəticədə insanda B vitaminləri, həmçinin D və kalsium çatışmazlığı yarana bilər. Bu pəhrizlər bağırsaqlarda həddindən artıq stressə səbəb olur və hamilə qadınlar dölün anormal inkişafı ilə üzləşir.

O, xəbərdarlıq edib ki, bu cür pəhrizlərə həvəs qaraciyər və böyrəklərdə stressin artmasına, böyrəklərdə, eləcə də öd kisəsində daşların əmələ gəlməsi, həmçinin aterosklerozun inkişafı riskini artırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam