Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bombeyə dönən "20 Yanvar"... - Zibilliklərə görə günahkar kimdir? -FOTOLAR

Bakının "20 Yanvar" metrostansiyasının çıxışları qarşısında acınacaqlı vəziyyət yaranıb.
Yenixeber.org: Stansiyanın "Şamaxinka", "Velotrek" və digər istiqamətlərdə çıxışlarının qarşısında qanunsuz küçə ticarətinə şərait yaradılır.
Burada səyyar piştaxtalar qoyulur və meyvə-tərəvəz, siqaret, lotoreya, peraşki, qarğıdalı və s. satılır. Bütün bunlar hərəkəti çətinləşdirməklə yanaşı, metro çıxışlarında antisanitariya vəziyyəti yaradır. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub.
“Hər gün burada bazar açırlar. Metronun çıxışında gah mer-meyvə, gah paltar, gah qarğıdalı və s. satılır. Açıq havada, toz-torpağın içində bu qidaları necə satmaq olar?! Axşam isə buralar zibilxanaya çevrilir. Piştaxtanın ətrafını yığışdırmadan gedirlər. Hər yerə zibil dağıdırlar. Bəzən polislər müdaxilə edir, amma 1-2 gün keçməmiş yenə eyni hal yaşanır. “Şamaxinka”ya qalxan yolda vəziyyət daha da bərbaddır. Hər gün metrodan minlərlə insan çıxır, yoluna davam edir. Onsuz da taksilərin əlindən sıxlıq yaranır, bir yandan da alverçilər... Bakı lap Bombeyə dönüb”, - deyə şikayətçilərdən biri bildirib.
"20 Yanvar" metrosu ətrafındakı xaosu əks etdirən fotoları təqdim edirik:
 
 

Aygün, BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam