Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Yasamalın başçısı şəhid küçəsini Suriyaya çevirib –FOTOLAR

Yasamalın başçısı şəhid küçəsini Suriyaya çevirib – Fotolar

Yasamal rayonu 2-ci Alatava yaşayış massivi sakinləri yolsuzluqdan əziyyət çəkir.

Yenixeber.org: Bu barədə redaksiyamıza  yazan sakinlər bildirib ki, 2-ci Alatavada yollar bərbad vəziyyətdədir. Yayda çala-çuxurdan, qışda isə palçıq əlindən hərəkət etmək mümkün deyil. Sakinlər bildirib ki, bu yollarda avtomobillə də hərəkət etmək artıq müşkülə çevrilib:

“Bu küçə gənc şəhidimiz Nurlan Mustafayevin adınadır. Aidiyyəti qurmlar heç olmasa şəhidin adına olan bu küçəyə laqeyd yanaşmasınlar. Şəhidin adını daşıyan yolda hərəkət ediləsi deyil. Heç avtomobillə də hərəkət etmək olmur. Avtomobillər yararsız hala düşür.
Nə Yasamal rayon İcra Hakimiyyətinə, nə də Bələdiyyəyə etdiyimiz müraciətlərə baxan yoxdur. Qonşularla pul qoyub yol problemimizi özümüz həll etməkdən yorulmuşuq. Bu yoldakı problem birdəfəlik aradan qaldırılmalıdır. Aidiyyəti qurumlar şəhidin adından, şəhid ailəsindən utansınlar heç olmasa”.

Sakinlər yol problemlərinin tezliklə həll olunacağına ümid edir.

facebook sharing button(tribunainfo.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam