Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Cavid Qurbanovun yaxın qohumu, plastik cərrah Təbəssüm Qurbanova barəsində araşdırma başlanıldı-DE-FAKTO

 

Son zamanlarda cərrahların əslində sterilliyi daim qorumalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir. Daha bir plastik cərrah Təbəssüm Qurbanova əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

Yenixeber.org: Görüntülərdən məlum olur ki, bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edirlər. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Sözügedən görüntünü mühitin pozulmasını, xəstənin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib: "Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".

Məlumata görə "Azər-Türk Med" klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanova “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədiri hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohmudur.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.(Azərbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam