Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir –TƏFƏRRÜAT

 

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.
Yenixeber.org
 xəbər verir ki, “Qala Sığorta” ASC İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, İpoteka və Kredit Zəmanət Fondu ümumilkdə 150 əməkdaşın 3 il müddətində könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 267 min 534 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün ödəniləcək tibbi sığorta haqqı 1 783 manat (bir il üçün 594 manat) olacaq.
Məlumat üçün bildirək ki, “Qala Sığorta” son 3 ay ərzində aşağıdakı dövlət qurumları ilə də əməkdaşların könüllü tibbi sığorta xidməti ilə bağlı müqavilə imzalayıb:
Aqrar Sığorta Fondu – 350 manat (bir əməkdaş üçün ödənilən sığorta haqqı);
Dövlət Neft Fondu – 920 manat;
Dövlət Dəniz və Liman Agentliyi – 290 manat;
“Baktelekom” MMC  –  270 manat;
“Aztelekom” MMC – 270 manat;
Minatəmizləmə Agentliyi – 550 manat.


Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.(Yeniavaz.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam