Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI -"Həkim gəlmədi, köməkçisini göndərdi"/VİDEO


Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
 
Yenioxeber.org: Proqramda müəllif və aparıcı Arzu Kəlbi liposaksiya əməliyyatından sonra dünyasını dəyişdiyi iddia olunan Rəvanə Mirzəyevanın evində olub.
 
Mərhumun qızının sözlərinə görə, anasında əməliyyatdan öncə problem yaransa da, müalicə alaraq sağalıb və həkimlər onu liposaksiyaya uyğun görüblər.
 
"Əməliyyatdan 15 gün sonra anamın ağrıları başladı. Həkimə gedəndə dedilər ki, hər şey yaxşıdır, əməliyyatdan sonra bu hal normaldır. Anamın halı pisləşəndə evdə deyildim, nənəm zəng edib "tez evə gəl, ananın vəziyyəti pisdir" dedi. Gələndə gördüm ki, o keçinib. Kaş əməliyyat olunmazdı", - o söyləyib.
 
R.Mirzəyevanın anası Zümrüd Rüstəmova isə əməliyyatdan sonra qızının ayağında şiş yarandığını deyib:
 
"Uşağım "ana, mənə kömək et" dedi, dərman istədi, təcili tibbi yardım çağırdım, o da bir saata gəldi, qızım keçindi. Uşağım əlimdən getdi, 16 yaşında bir qızı qaldı. Rəvanənin krediti var, uşağı oxuyur, pensiyamı çatdıra bilmirəm. Qızım "sizi buradan çıxaracağam" deyirdi, amma özü getdi".(Baku TV)
 
Ətraflı süjetdə:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam