Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Yasamal Hospital”dan şikayət:“Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar”

“Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar” – “Yasamal Hospital”dan ŞİKAYƏT

Müayinə üçün “Yasamal Hospital”a müraciət edən Elşən Əliyev adlı vətəndaş ödəniş etməsinə baxmayaraq, həkim qəbuluna düşə bilmədiyini və bu səbəbdən problem yaşadığını bildirib.

Yenixeber.org: Məlumata görə, o, ürək çek-apı üçün 95 manat ödəsə də, günlərdir onu müayinə edəcək həkimin tapılmadığını, həmçinin ödədiyi məbləğin geri qaytarılmadığını deyib.

“”Yasamal Hospital”da ürək çek-apı üçün 95 AZN ödəmişəm. Bir həkim tapılmır ki, məni müayinə etsin. Nə ödənişi geri qaytarırlar, nə də həkim tapılır. Konkret “atmaq”la məşğuldurlar”, – şikayətçi vurğulayıb.

Onun sözlərinə görə, klinika ilə əlaqə saxladıqda ona səbəb kimi həkimlərin sərbəst qrafiklə işləməsi göstərilib:

“Qoyduqları nömrələrə zəng edirsən, deyirlər, bizlik bir şey yoxdur. Baş həkim deyir, bizdə sərbəst qrafikdir.Yəni, kim nə vaxt istəyir, o vaxt gəlir.”

Məsələ ilə bağlı “Yasamal Hospital”ın çek-ap şöbəsinin rəhbəri Kənan Quliyev Bakupost.az -a açıqlamasında bildirib ki, sözügedən pasiyent yalnız həkim qəbuluna düşə bilməyib, lakin digər bütün müayinələr aparılıb:

“Pasiyent bütün müayinələrdən keçib və ona bütün cavablar təqdim olunub. Sadəcə həkim qəbuluna düşə bilməyib. Bu da həkimin Lənkərana ağır vəziyyətdə olan bir xəstənin yanına getməsi ilə bağlıdır. Amma pasiyent öncədən zəng etməklə 1 ay müddətində həkim qəbuluna yazıla bilər.”(BakuPost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam