Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Türkmed” klinikasında həkim olmayan şəxslər pasiyentləri müalicə və əməliyyat edir? -VİDEO

media-turk

Baku TV-nin qaynar xəttinə daxil olan vətəndaş şikayətində iddia olunur ki, paytaxtın Abşeron rayonu ərazisində yerləşən “Türkmed” klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı həkim çalışır, lakin onun bu sahə üzrə heç bir təhsili yoxdur.

Yenixeber.org: Həqiqəti aşkarlamaq üçün Baku TV-nin əməkdaşı sözügedən klinikada olub.

Klinikanın əməkdaşı Əhməd Əhmədzadə tibb təhsilini Türkiyənin Artvin Çoruh Universitetində, travmatologiya ixtisası üzrə rezidentura təhsilini isə xaricdəki universitetlərdən birində onlayn formada aldığını söyləyib. O, onlayn təhsil almağına dair diplomunun “MedEra Hospital”da olduğunu bildirib.

“MedEra” hospitalın baş direktoru İbrahim Əliyev isə Əhməd Əhmədzadənin adıçəkilən klinikada həkim kimi çalışmadığını deyib:

“O bu klinikada əməliyyat zamanı travmatoloqun yanında yalnız köməkçi kimi iştirak edir. Türkiyədə tibb qardaşı ixtisası üzrə təhsil alıb və həmin sahədə fəaliyyət göstərir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri arasında Əhməd Cəmasəddin oğlu Əhmədzadənin adı yoxdur:

“Göstərilən faktla əlaqədar Analitik Ekspertiza Mərkəzində işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam