Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hökməli qəsəbəsində sənədsiz evləri tikən Xamis adlı şəxs kimdir? -FOTO/VİDEO

bitmap-img6

Evlərin tikintisi və satışı heç kəsin tanımadığı “Musa İnşaat” adlı şirkət tərəfindən həyata keçrilir. 
Yenixeber.org: Ötən həftə Abşeron rayon Hökməli qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisinin aparılması barədə oxuculara məlumat vermişdik. 
Qeyd etmişdik ki, Hökməli qəsəbəsində inşa edilən həyət evlərinin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur. İnşa edilən evlərin torpaq çıxarışı olsada, tikinti üçün rəsmi icazələri yoxdur. Buna baxmayaraq tikintini həyata keçirən maklerlər Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” işlərini aparırlar. Ərazidə tikilən evlər ilkin ödəniş ödənilmək şərtilə kreditə verilir. 
Bu istiqamətdə azfakt.com-un əldə etdiyi məlumata görə Hökməli qəsəbəsində tikinti icazəsi olmayan evlərin inşasına heç kəsin tanımadığı “Musa İnşaat” adlı şirkətin və onun rəhbəri Xamis adlı şəxs rəhbərlik edir. 
Həmçinin icazəsiz tikilən evlərin satışını da “Musa İnşaat” adlı şirkət tərəfindən aparıldığı bildirilir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam