Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xırdalan bələdiyyəsi müavininin milyonluq mülkü -Rüsxət Qubatovun “dəyirman“ının suyu hradan gəlir?

“Xırdalan dairəsi” bağlanacaq
Abşeron rayonunda məmurlar dəyəri milyon manatlarla ölçülən obyekt yarışına girişib. Prezident İlham Əliyev cənablarının çıxışlarında xüsusi vurğuladığı "məmurlar xalqa xidmət etməlidirlər" sözünün, xəbərdarlığının əksinə olaraq Abşeron rayonunun məmurları xalqa, dövlətə yox, öz ciblərinə işləyirlər. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bu məmurlar qanunsuz yollarla özlərinə böyük sərvətlər toplayırlar.
 
Yenixeber.org: Abşeronda milyonluq obyektə sahib olan məmurlardan biri də Xırdalan şəhər bələdiyyəsinin sədr müavini Rüsxət Qubatovdur.
Rüsxət Qubatovun vəzifəsi o qədər böyük olmasa da onun mənşəyi məlum olmayan vəsaitlə əldə etdiyi obyektin dəyəri heç də kiçik deyil.
Belə ki, Rüsxət Qubatovun obyekti Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Nazim Abdullayev küçəsi, giriş 1 ünvanında yerləşir.
Əldə etdiyimiz məlumata görə Rüsxət Qubatov rayon ərazisinin torpaqlarını, əsasən də Müşfiqabad və Xırdalan şəhərlərində torpaqların satışına birbaşa nəzarət edir. 
Hər ay bu torpaqların sənədləşdirilməsi və satılması, qeyri qanuni tikintilərə göz yumulması üçün on manatlarla rüşvət alınır.
Rüsxət Qubadovun Xırdalan bələdiyyəsinin sədr müavini olaraq həm də bələdiyyənin "qara kassa"sına da nəzarət etdiyi deyilir. 
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatalara görə Xırdalan şəhəri qeyri-qanuni tikintilər geniş vüsət aldığı yerlərdəndir.(azfakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam