Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Referans Poliklinik”lə bağlı narazılıq:“48 saata söz vermişdilər, 3 gün keçib cavab yoxdur”

Sosial şəbəkələrdə “Referans Poliklinik”in Nərimanov filialı ilə bağlı narazılıq paylaşımı yayılıb.

Yenixeber.org: İddialara görə, poliklinikanın əməkdaşları qan analizlərinin nəticələrini vəd edilən vaxtda təqdim etmir, həm də vətəndaşlara qarşı məsuliyyətsiz yanaşma sərgiləyirlər.

Şikayəti Esmira adlı vətəndaş sosial mediada paylaşıb. O, qeyd edib ki, 48 saat ərzində çıxacağı deyilən analiz nəticələri artıq üçüncü gündür gecikir:

“Nərimanov filialında qan analizi vermişik. Əməkdaş bildirdi ki, 48 saat ərzində cavab çıxacaq, lakin artıq 3-cü günə keçdi, cavablar yoxdur! WhatsApp nömrələrinə yazırsan, popuqay kimi cavab verirlər ki, ‘hazır olduqda göndəriləcək’. Məsuliyyət sıfır!”

Esmira xanım həmçinin bildirib ki, 1 aylıq körpədən qan alarkən tibb personalı uşağa əziyyət verib, lakin buna baxmayaraq üzrxahlıq da edilməyib.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam