Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb? –Şirkət vətəndaşların borcunu ödəmir



Şirkətin Beyləqan filialından bildirilib ki, rəhbərliklə əlaqə yarada bilmirik…

Yenixeber.org: Beyləqan rayonunda pambıq əkini ilə məşğul olan vətəndaşların pulunu “P-Aqro” MMC şirkəti ödəmir. Belə ki, yığdıqları məhsulu “P-Aqro” MMC -nin Beyləqan filialına təhvil verən sahibkarlar, 3 aydan çoxdur ki, şirkətdən borclarını ala bilmirlər.

Müqavilə şərtlərinə görə məhsulu yığıb təhvil verdikdən sonra, onun pulu 5-10 gün müddətində ödənilməsi nəzərdə tutulsada “P-Aqro” MMC 100 gündən çoxdur ki, vətəndaşlara olan borcunu ödəmək istəmir.

Borcunu ala blməyən sahibkarların bildirdiyinə görə, məsələ ilə bağlı dəfələrlə “P-Aqro” MMC-nin Beyləqan filialına müraciət etməmizə baxmayaraq, müsbət cavab almayıblar.
“P-Aqro” MMC-nin Beyləqan filialından sahibkarlara bildirilib ki, borcların ödənilməsi üçün şirkət rəhbəri Azər Əlizadə ilə əlaqə yaratmağa çalışsaqda əlaqə qura bilməmişik. Filial yetkililəri Azər Əlizadənin ölkədən getməsi ilə bağlı söz-söhbətlərin yayıldığını bildiriblər.
Qeyd edək ki, “P-Aqro” MMC Azərbaycanda pambıqçılıq sahəsində fəaliyyət göstərən ciddi şirkətlərdən biri kimi tanınır. Şirkətin Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında filialları fəaliyyət göstərir.
Məsələ ilə bağlı “P-Aqro” MMC şirkəti ilə əlaqə yarada bilmədik. Şirkətin elektron poçtunda qeyd edilən telefon nömrələri işləmir.(azfakt.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam