Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Dr.Pərvanə Hacıyeva ilə bağlı şikayət -Arıqlama proseduru qanaxma ilə bitdi

media-img_9944

“Beaty Time” gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyeva arıqlamaq məqsədilə müraciət etdiyi həkim Pərvanə Hacıyeva ilə bağlı ciddi iddialar irəli sürüb. Bildirilir ki, Pərvanə Hacıyeva “Koreya” klinikasında çalışır.

Yenixeber.org: K. Həmzəyevanın sözlərinə görə, ona “sağlam və təhlükəsiz arıqlama” vədi ilə göbək nahiyəsinə inyeksiya və müxtəlif dərman sistemləri tətbiq olunub. Lakin iddia edilir ki, bu prosedurlardan sonra onun mədə-bağırsaq sistemi kəskin şəkildə pozulub, vəziyyəti ağırlaşıb və qanaxma ilə təcili xəstəxanaya yerləşdirilib.

Könül Həmzəyeva bildirib ki, gecə saatlarında şiddətli ağrılarla xəstəxanaya aparılıb və hətta ilkin mərhələdə reanimasiya şöbəsində müayinə olunmasının vacibliyi qeyd edilib. Onun sözlərinə görə, vəziyyəti son anda stabilləşdirilərək palataya yerləşdirilib.

Ən çox narazılıq doğuran məqam isə iddia olunduğuna görə, baş verənlərə baxmayaraq, proseduru icra edən həkim tərəfindən heç bir maraq göstərilməməsi və səhhəti ilə bağlı əlaqə saxlanılmamasıdır.

K. Həmzəyeva həmçinin bildirib ki, müalicə və prosedurlar üçün 15 min manatdan artıq vəsait xərcləyib. Lakin nəticə gözlənilən olmayıb, əksinə, sağlamlığına ciddi zərər dəyib.

“İnsanları arıqlama adı altında bu iynə və dərmanlarla şikəst edirlər”, – deyə o, emosional şəkildə bildirib və məsələ ilə bağlı ictimailəşməyə məcbur qaldığını vurğulayıb.

Qeyd edək ki, sözügedən iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, etdiyimiz zənglər cavabsız qalıb.(patrulaz.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam