Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Elnur və Samirə Mehrəlilərin səhv əməliyyatına görə… -CƏRİMƏ VAR

media-902

Bakıda fəaliyyət göstərən “Esthederm Medical” inzibati qaydada cərimə olunub.

Yenixeber.org: Məlumata görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.

Belə ki, aparılan yoxlama zamanı klinikada tanınmış kosmetoloq Samirə Mehrəlinin Dermatologiya tibb xidmətinin kosmetoloji təsnifatı üzrə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmədiyi halda 2025-ci ilin oktyabr ayınadək praktik tibbi fəaliyyətə buraxılması aşkarlanıb.

Nəticədə məhkəmə qərarına ilə “Esthederm Medical” 6000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, iş materiallarında “HTC Cliniva” Hospitalda fəaliyyət göstərən plastik, estetik, rekonstruktiv cərrah Elnur Mehrəlinin də adı keçir. Belə ki, Nizami rayon prokurorluğunda 2023-cü ildə vətəndaşın şikayəti əsasında araşdırma aparılıb. Məlum olub ki, vətəndaş 2023-cü ilin mart ayının əvvəllərində burnunun xarici görünüşündə olan qüsurlar və çəpər əyriliyi ilə əlaqədar nəfəs almasında çəkdiyi çətinliklər səbəbindən “HTC Cliniva” Hospitalda fəaliyyət göstərən Elnur Mehrəlinin qəbuluna yazılıb və rinoplastika əməliyyatı etdirib.

Şikayətçi Elnur Mehrəlini onun kosmetoloq xanımı Samirə Mehrəlinin vasitəsilə tanıdığını bildirib. Həmin vaxt Elnur Mehrəli pasiyetin üzərində rinoplastika, Samirə Mehrəli isə bulhom əməliyyatını icra edib.

Əməliyyatdan sonra isə pasiyentin burnunun sağ hissəsində çöküntü əmələ gəlib və burnunun sol dəliyi sağ dəliyinə nisbətən böyük olub, əməliyyatdan sonra isə nəfəs almasında ciddi problemlər yaşayıb.

Pasiyent Elnur Mehrəliyə şikayət etsə də, həkimin buna məhəl qoymadığı iddia olunub.

media-902



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam