Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…-FOTOLAR


Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…


Memar Elçin Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) göndərdiyi məktuba agentlikdən gələn kobud və laqeyd cavabla bağlı status paylaşıb. 


Yenixeber.org-un xəbərinə görə, memar AYNA məmurlarının adi müraciət mədıniyyətinin olmadığını bildirib: “Yanvar ayının ortalarında qızımla birlikdə məktəbə gedirdik və Əhməd Cavad küçəsini bunun üçün nəzərdə tutulmuş yerdən keçməyə qərar verdik. Yaxınlaşdıq, sola-sağa baxdıq, heç kim yox idi — və cəsarətlə ağ rəngli piyada «zebrasına» addımladıq.

Və birdən hiss etdik ki, üzərimizə 99JP019 dövlət nömrə nişanlı, «Faiqoğlu» şirkətinə məxsus iri bir marşrut avtobusu ildırım sürətilə gəlir və ümumiyyətlə əyləcləmək fikrində deyil… Son anda qızımı yol keçidindən kənara itələməyə macal tapdım, özüm isə akrobatik bir sıçrayışla qaçılmaz ölüm zərbəsindən yayındım…

Ağır stressdən sonra özümə gəlib «AYNA»ya – Yerüstü Nəqliyyat Agentliyinə – zəng edib şikayət etdim. Və bu gün dövlət qurumundan, Heydər Rüstəmov adlı bir məmurdan elektron poçtuma tapmaca adında bir məktub aldım.

Başa düşürəm ki, mən Çin istehsalı yaşıl gödəkçədə adi bir vətəndaşam, amma heç olmasa müraciət mədəniyyətinin minimum səviyyəsini qorumaq olardı: nə «hörmətli», nə baş verənlərə görə bir üzrxahlıq…

«Nəzərə alın» – vəssalam, «vətəndaş Əliyev». Və…

Yaxşı ki, hələlik «vətəndaş» deyə müraciət ediblər — axı belələri mənim vergilərimin hesabına orada oturublar… Məncə, dövlət qurumlarında hələ də tərbiyəsi və elementar mədəni səviyyəsi olmayan məmurlara rast gəlinir.

Amma təəccüblənmirəm, bu AYNA-dır axı. Necə yazılı cavabda, elə də yollarda: hava limanı yolunda iri, qara rəngli bir dövlət avtomobili tərəfindən həyasızcasına sıxışdırıldığımı hiss etdim”.(Tribuna.az)






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam