Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“CS Construction” şirkətindən şikayət-FOTO

media-912

Bakı şəhərinin Binəqədi qəsəbəsi, 3-cü mədən, 125-ci korpus ərazisində vətəndaşa məxsus torpaq sahəsində tikinti işlərinin aparıldığı iddia olunur.

Yenixeber.org: Şikayətçi Rövşən Salmanov açıqlamasında iddia edib ki, “CS Construction” tikinti şirkəti ona məxsus əraziyə texnika yerləşdirərək işlər görüb.

Şikayətçinin sözlərinə görə, sahəsi 1 hektardan böyük olan torpaq ərazisinin yaxınlığında aparılan tikinti işləri zamanı onun mülkünə ziyan dəyib. O iddia edir ki, əraziyə tullantılar tökülüb, torpaq yararsız vəziyyətə salınıb və sahədən keçən yol ağır texnikanın təsiri nəticəsində dağıdılıb. Tikinti aparan “CS Construction” şirkətinin əməkdaşı isə deyib ki, görülən işlər razılaşma əsasında həyata keçirilib. Onun sözlərinə görə, yol qismən bərpa olunub. Şikayətçi isə bu iddialarla razılaşmayaraq yalnız bir günlük icazə verdiyini və yolun natamam təmir edildiyini vurğulayıb. O, şirkətdən texnikanı ərazidən çıxarmağı tələb edir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətindədir.

Komitədən isə əksinə, sualların yerli icra hakimiyyəti tərəfindən cavablandırılmalı olduğu qeyd edilib. Hazırda tərəflər arasında yaranmış mübahisə açıq qalır. Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlardan araşdırma və hüquqi qiymət verilməsini tələb edir.(XALQ)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam