Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xəzər rayonu başçı Elşən Salahovun DƏDƏ MALIDIR? -Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...

Xəzər rayonu, Buzovna qəsəbəsi, Əziz Mirəhmədov küçəsində, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan 3 saylı internatla üzbəüz 400 kv.m-lik obyektin qanunsuz tikildiyi iddia olunur.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, inşa edilən obyekt Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi üzrə icra nümayəndəsi Emin Əliyevə məxsusdur.
Bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. İddialara görə, obyektin qanunsuz tikilməsinə baxmayaraq, Emin Əliyev bundan narahat deyil.
Məsələ ilə bağlı əvvəlcə Xəzər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin qurumun Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi və Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun telefonları susub (454-38-47, 454-54-75).
Əməkdaşımız daha sonra icra başçısı Elşən Salahovun köməkçisi Xəlifə İbrahimovla əlaqə saxlayıb. Xəlifə İbrahimov "məndə bu barədə məlumat yoxdur" deməklə kifayətlənib.
Bu dəfə Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə əlaqə saxladıq. Oradan Emin Əliyevin yerində olmadığı bildirilib.
Bununla belə, əməkdaşımız Emin Əliyevin qanunsuzluqda ittiham olunması, bu barədə hətta sosial şəbəkələrdə görüntülər yayıldığını qurumun əməkdaşının diqqətinə çatdırıb və qarşı tərəfin bununla bağlı mövqeyini öyrənməyə çalışıb. Nümayəndəliyin əməkdaşı isə əlaqə nömrələrini istəyərək, geridönüş ediləcəyini bildirib. Bir gün keçsə də, geridönüş edilməyib. Əməkdaşımızın nümayəndəliyə dəfələrlə zəng etməsinin də nəticəsi olmayıb.
Beləliklə, 3 gün ərzində redaksiyamıza bir iddia ilə bağlı nə Xəzər Rayon İcra Hakimiyyətindən, nə də Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən cavab ala bilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova şifahi xəbərdarlıq edib. Buna səbəb işdə yol verilən nöqsanlar olub.(Qaynarinfo)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam