Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bağça müdiri sükan arxasında təhlükə yaratdı: Övladının və digər sürücülərin həyatını riskə atdı

Sumqayıt şəhərində fəaliyyət göstərən "Ləma" uşaq bağçasının və "Əsmanur" tədris mərkəzinin direktoru İlahə Xudu sosial şəbəkə hesabında paylaşdığı video ilə ciddi müzakirələrə və narazılığa səbəb olub.

Yenixeberorg.com: Görüntülərdə bağça müdirinin avtomobili yüksək sürətlə idarə edərkən hər iki əlini sükandan buraxaraq rəqs etdiyi, diqqətini tamamilə yola deyil, musiqiyə və yanındakı azyaşlı övladına yönəltdiyi aydın şəkildə görünür.

İlahə Xudu idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəmərindən istifadə etməməklə yanaşı, yanındakı azyaşlı uşağın da təhlükəsizliyini tamamilə diqqətdən kənarda qoyub; belə ki, azyaşlı xüsusi uşaq oturacağında deyil, ön oturacaqda əyləşib və onun da təhlükəsizlik kəməri bağlanmayıb. Avtomobilin hərəkətdə olduğu müddətdə sürücünün tez-tez əllərini sükandan çəkib rəqs hərəkətləri etməsi və övladı ilə fiziki təmasda olması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi qəza şəraiti yaradıb.

Təhsil və tərbiyə müəssisəsinin rəhbəri olan bir şəxsin yol hərəkəti qaydalarını bu dərəcədə kobud şəkildə pozması və bunu nümunə kimi sosial şəbəkələrdə nümayiş etdirməsi ictimaiyyət tərəfindən məsuliyyətsizlik kimi qiymətləndirilib. Mütəxəssislər xatırladır ki, sükan arxasında diqqətin yayındırılması və uşaqların ön oturacaqda kəmərsiz daşınması faciəvi yol qəzalarına səbəb olan əsas amillərdən biridir.(32gün.az)

Ayaz 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam