Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Lökbatan” çörəyindən görün nə çıxdı-FOTOLAR

Sosial şəbəkə istifadəçisi Samir Ağayev “Lökbatan çörək zavodu”nun istehsal etdiyi çörəklə bağlı narazılığını ictimailəşdirib.
Yenixeberorg.com: O, paylaşımında iddia edib ki, son dövrlərdə aldığı çörəklərin içindən üç dəfə qara rəngli, yanmış vəziyyətdə naməlum cisim çıxıb.
Vətəndaşın sözlərinə görə, ilk hadisə bir dəfə, iyun ayında isə daha iki dəfə təkrarlanıb. O bildirib ki, əvvəlki halları təsadüfi hesab etsə də, üçüncü hadisədən sonra həmin zavodun çörəyini almaqdan imtina edib.

Samir Ağayev iddia edir ki, çörəyi “Kingsmart” supermarketlər şəbəkəsindən alıb.

Onun sözlərinə görə, məhsul digər mağazalarda da satışa çıxarılır.

Paylaşım müəllifi həmçinin bildirib ki, məhsulun üzərində göstərilən mobil və şəhər telefon nömrələrinə zəng çatmayıb və bu səbəbdən şikayətini istehsalçıya çatdıra bilməyib.(Tribuna.az )

Vətəndaşın iddiasına əsasən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam