Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

AYNA şefi öz ampulasında -Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir/VİDEO

AYNA-nın xəttə buraxdığı 217 saylı marşrut avtobusunda sərnişinlərin ödənişlə bağlı ciddi problemlə üzləşdiyi bildirilir.

Yenixeberorg.com: Sərnişinlərin sözlərinə görə, avtobusda ödəniş aparatı bank kartından vəsaiti çıxmasına baxmayaraq, ekranda “balansınızda pul yoxdur” mesajı göstərir. Nəticədə sərnişin ödənişin həyata keçirildiyini bilmədiyi üçün eyni kartla yenidən ödəniş etməyə məcbur qalır.

Vətəndaşlar bildirirlər ki, problem yalnız 217 saylı marşrutla məhdudlaşmır. Onların sözlərinə görə, analoji hallar müxtəlif marşrut avtobuslarında da baş verir.

Sərnişinlərin narazılığını artıran əsas məqam isə problemin həll edilməməsidir. Bildirilir ki, məsələ ilə bağlı AYNA-ya müraciət edildikdə problemin “BakıKart” sistemindən qaynaqlandığı deyilir. “BakıKart”a müraciətlər zamanı isə problemin aradan qaldırılması istiqamətində konkret nəticə əldə olunmadığı qeyd edilir.

Beləliklə, sərnişinlərin sözlərinə görə, qurumlar arasında məsuliyyətin bir-birinin üzərinə atılması nəticəsində problem davam edir.

Əsas sual isə budur - Kartdan pul çıxıldığı halda, ödəniş niyə avtobusun aparatında təsdiqlənmir və sərnişinin hesabından çıxan vəsaitin taleyi necə müəyyənləşdirilir?

Məsələ ilə bağlı AYNA və “BakıKart”ın mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/ayna-sefi-oz-ampulasinda---kartdan-pul-cixir-aparat-ise-balansinizda-pul-yoxdur-deyir-22883


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam