





(Səhiyyə nazirliyinin https://e-health.gov.az/media/PlastikCerrahlarSIYAHI_PDF_17.04.2025.pdf) daxuil olub Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısına diqqət yetirə bilərlər.
https://www.youtube.com/shorts/pAdndpTu6nU
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən redaksiyamıza verilən məlumata görə, əgər adı hallanan şəxsin adı Səhiyyə Nazirliyinin sertifikasiyasından keçən plastik cərrahlar siyahısında yoxdursa, onun bu sahədəki hər hansı fəaliyyəti qanunsuzdur. Rəsmi qurumların mövqeyinə əsasən, zəruri dövlət qeydiyyatı və qanuni ixtisas sertifikatı tələblərinə məhəl qoyulmadan həyata keçirilən estetik müdaxilələr vətəndaşların hüquqlarını kobudcasına pozur.
Bu cür qanunsuzluqların aşkar olunduğu tibb müəssisələri və şəxslər barəsində müvafiq qaydada inzibati tənbeh tədbirləri görülməsi qaçılmazdır.
Vətəndaşların diqqətinə çatdırılır ki, hər hansı estetik və ya cərrahi əməliyyat başlamazdan əvvəl həkimin Səhiyyə Nazirliyinin rəsmi reyestrində olub-olmamasını və müvafiq sertifikatını tələb etmələri mütləqdir. Sağlamlığınızı təsadüfi adlara və saxta “mütəxəssislərə” etibar etməyin!(Veteninfo.az)
https://www.instagram.com/reel/DbqpNjFNbb1/?igsh=MTZ1eWZ0bXc1anhwYg%3D%3D#
Redaksiyadan: Məqalə ilə bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.










AZ
RU
