Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Mürvət Həsənli nədən narazıdır və niyə məhz indi danışmağa başlayıb? -TƏFSİLAT

Mürvət Həsənli nədən narazıdır və niyə məhz indi danışmağa başlayıb?

Son zamanlar tanınmış iş adamı, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli ad çəkmədən dövlət qurumlarına narazılığını ifadə edir.

Yenixeberorg.biz: Həsənli sentyabrın 15-də sosial şəbəkə hesabında sahibkarların müxtəlif dövlət qurumları tərəfindən yaradılan problemlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, sahibkar həftənin ən azı dörd gününü bu problemlərin həllinə sərf edir və nəticədə istehsalın artırılması, yeni iş yerlərinin yaradılması və investisiya qoyuluşu kimi məsələlər arxa plana keçir.

“Səbrin də bir həddi var. Nə qədər olar?!” deyən Həsənli sahibkarın dövlətdən xüsusi imtiyaz deyil, qanunun işləməsini və ədalətli münasibət tələb etdiyini vurğulayıb. İş adamı narazılığını dövlət qurumlarına konkret çağırışla tamamlayıb: “Sahibkara problem yaratmaq yox, işləməsinə şərait yaratmaq lazımdır”.

Bəs Həsənli niyə məhz indi bu qədər sərt danışır?

Poliqon-a danışan mənbənin iddiasına görə, iş adamının açıqlamalarının arxasında yalnız sahibkarların ümumi problemləri deyil, onun öz biznes fəaliyyəti ilə bağlı yaşadığı çətinliklər də dayanır.

Mənbə iddia edir ki, son dövrlərdə Həsənlinin biznes fəaliyyətinə müxtəlif maneələr yaranıb və xüsusilə gömrük sahəsində problemlər artıb.

Mənbənin sözlərinə görə, bu problemlərin intensivləşməsi Ramiz Mehdiyev barəsində cinayət işinin başlanmasından sonrakı dövrə təsadüf edib.

“Bir zamanlar Mürvət Həsənli Ramiz Mehdiyevə yaxın iş adamı kimi tanınıb. Ona görə də ona qarşı olan təzyiqlərin artması da təbii qəbul olunmalıdır. Dövlət qurumları dövlətə xəyanətdə ittiham olunan şəxsə yaxınlığı olan iş adamlarına başqa münasibət göstərə bilməzlər. Mürvət Həsənlinin “səbrinin tükənməsini” dilə gətirirsə, demək ki, onun biznesinə qarşı təzyiqlər son günlər kifayət qədər artıb. Bu təzyiqlərin əsas hissəsi isə Gömrük məntəqələrində baş verir”, deyə mənbə iddia edib.

Artıq Ramiz Mehdiyevin məhkəmə prosesinin başlandığına diqqət çəkən mənbə qeyd edib ki, görünür Mürvət Həsənlinin bu ərəfələrdə diqqətləri öz üzərinə çəkməsi təsadüfi deyil:

“Bunda bir neçə məqsəd ola bilər, mən indi o ehtimalalrı dilə gətirmək istəmirəm, amma ola bilsin ki, Həsənli diqqətləri üzərinə çəkərək Ramiz Mehdiyevin adamı olmadığı barədə kimlərəsə mesaj göndərir və bu da ona qarşı təzyiqlərin artması fonunda baş verir. Digər ehtimallar da ola bilər”, deyə mənbə vurğulayıb.

Xatırladaq ki, yerli mediada Ramiz Mehdiyevin adı Mürvət Həsənli ilə bağlı müxtəlif yazılarda çəkilib. Bu materialların əhəmiyyətli hissəsi Mehdiyevin Prezident Administrasiyasında rəhbər vəzifələrdə çalışdığı dövrə aiddir.

Həmçinin Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Mürvət Həsənlinin tanışlığı və işgüzar münasibətləri barədə müxtəlif media materialları yayımlanıb.

Həsənlinin adı daha çox diqqət çəkən şəkildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi çərçivəsində də hallanıb.

Məhkəmə materiallarına görə, Vüqar Səfərli və digər şəxslər dövlət vəsaitlərinin mənimsənilməsi və leqallaşdırılması ilə bağlı ittihamlarla mühakimə olunublar. Cinayət işi üzrə ümumilikdə 18,5 milyon manatın mənimsənilməsi və 5,7 milyon manatın leqallaşdırılması ilə bağlı ittihamlar irəli sürülüb və bu ittihamlar məhkəmə qərarı ilə təsdiqlənib.

İş üzrə məhkəmə materiallarında Mürvət Həsənliyə aid olan “Xəmsə” restoranının da adı keçib. Restoranın icarədarları Bəxtiyar Fətullayev və Valeh Orucov Vüqar Səfərli ilə birlikdə təqsirləndirilən şəxslər sırasında olublar. Məhkəmə materiallarında KİVDF tərəfindən keçirilən tədbirlərlə bağlı restoranın xidmətlərindən istifadə edilməsi və həmin ödənişlərin sənədləşdirilməsi məsələləri araşdırılıb.

Vüqar Səfərlinin məhkəmə prosesində Əli Həsənov və Ramiz Mehdiyevin adları da müxtəlif ifadələrdə hallanıb. Məsələn, Səfərli əlavə ofisin icarəyə götürülməsi ilə bağlı Əli Həsənovun Ramiz Mehdiyevin də məsələdən xəbərdar olduğunu ona bildirdiyini söyləyib. Bu məlumat məhkəmədə Səfərlinin ifadəsi kimi təqdim olunub.

Qeyd edək ki, Mürvət Həsənlinin son dövrlərdə dövlət qurumlarına yönəltdiyi tənqidi fikirlərin arxasında hansı konkret səbəblərin dayandığı açıq şəkildə məlum deyil. İş adamının özü son çıxışlarında konkret qurumların adını çəkməyib.(poliqon.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam