Yüzlərlə neftçi ailəsi Asif Zeynalova MÜRACİƏT ÜNVANLADI -"Dolana bilmirik..."

"GL group" şirkətinin prezidenti cənab Asif Zeynalova Salyan Oil şirkətinin işçiləri adından müraciət ünvanlanıb.
Yenixeberorg.biz: Sözügedən müraciəti Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ictimailəşdirib.
NHMT sədri özünün sosial şəbəkə hesabında bu paylaşımla çıxış edib. Beləliklə, neftçilər yazır:
"Biz 20 nəfər şəhid ailəsi, 60 nəfər veteran və ümumiyyətlə, 480 nəfər işçi adından Sizdən xahiş edirik ki, bizim əmək haqqının artırılmasına baxılsın.
Bildiririk ki, 2020-ci ildən bəri maaşlarımızda heç bir ciddi artım olmayıb. 2020-ci ildən əvvəl, xüsusilə 2018-ci ilə qədər biz daha yüksək əməkhaqqı alırdıq.
Hazırda hər şey bahalaşıb, bahalıq səbəbindən dolana bilmirik, xərclərimizi çatdıra bilmirik.
Ümidvarıq ki, xahişimiz diqqətsiz qalmayacaq..."
Xatırladaq kİ, "GL Group" hazırda Azərbaycanda Salyan rayonundakı "Kürsəngi" və "Qarabağlı" və Abşeron yarımadasındakı "Buzovna-Maştağa", "Qala" və "Zirə" olmaqla beş neft yatağında əməliyyatlar aparır.
Quruma isə Asif Zeynalov rəhbərlik edir.(Dia-az)










AZ
RU