Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Referans”ın həkimlərinə ŞOK İTTİHAM:“Qızım “Referans”ın həkimlərinin qurbanı oldu”

“Qızım “Referans”ın həkimlərinin qurbanı oldu” - Fidanın atasından ağır ittihamlar
Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi, 19 yaşlı Fidan Abbaslının ölümü ilə bağlı atası Kamil Abbasov ağır ittihamlarla çıxış edib.
Yenixeberorg.biz: Kamil Abbasov “Referans” Endokrin və Cərrahi Mərkəzinin həkimləri Amil Əliyev və Vidadi Kəbirlinin fotolarını yayımlayaraq onları qızının ölümündə günahlandırıb.
O, 19 yaşlı Fidanın “həkimlərin səhlənkarlığının qurbanına çevrildiyini” bildirib və məlumatın maksimum şəkildə yayılmasını istəyib.
Məlumata görə, Fidan Abbaslı bir müddət əvvəl rinoplastika əməliyyatı keçirib. İddialara əsasən, əməliyyat zamanı onun vəziyyəti qəfil ağırlaşıb və gənc qız şok vəziyyətinə düşüb. Həmçinin həmin anda klinikada zəruri şokəleyhinə preparatın olmadığı iddia edilir.
Qeyd edək ki, Fidan Abbaslı sentyabrın 21-də vəfat edib. O, UFAZ-ın kompüter elmləri ixtisası üzrə III kurs tələbəsi olub.
Fidan Dəyanət Liseyinin məzunu idi. Atası Kamil Abbasovun da həmin liseydə kimya-biologiya müəllimidir.
Hazırda faktla bağlı araşdırma aparılır.
“Referans” Endokrin və Cərrahi Mərkəzinin və adıçəkilən həkimlərin cavab haqqını tanıyırıq.
BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam