Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

116 saylı məktəbdə 8 mart bazarlığı

Bakının Xətai rayonundan şikayət var.

 

Xeberinfo.com:  TİA.AZ-a göndərilən məktubda valideynlər 116 saylı məktəbdən narazılıq edib.

Müraciətdə deyilir: “Məktəbin direktoru Aidə Alıyevanın pul yığma kampaniyası biz kasıb valideyinləri bezdirib deyə mətbuat vasitəsi ilə Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edirəm.

 

Cənab nazir, 116 saylı məktəbin direktoru Aidə Alıyeva hər il dekabrın 14-də ad günü münasibəti ilə hər şagirddən 15 manat, hər il fond pulu adı ilə 30 manat pul yığır. İndi də qarşıdan gələn 8 mart qadınlar bayramı münasibəti ilə hər şagirddən 30 manat yığılmasına tapşırıq verib. Pul verməyən şagirdin məktəbdən qovulması tapşırılıb.

116 nömrəli orta məktəbdə 800 şagird təhsil alır. Axı bu direktor Aidə Alıyeva kimdir ki, özünü qolçomaq kimi aparır.  Ailəmiz acınacaqlı vəziyyətdə dolanır. Qorxuram ki, pulu verə bilmədiyimiz üçün övladımı məktəbdən qovarlar.

 

Cənab Mikayıl Cabbarov, bütün kasıb valideynlər adından xahiş edirəm bu qanunsuzluq faktını araşdırıb müəllimə adına yaraşmayan qanunsuz əməllərlə məşğul olan Aidə Alıyevanın barəsində tədbirlər görəsiniz. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam