Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Əhalinin gəlirləri 10 %-dən çox artıb

manat_180215

 

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 10,2 % artaraq 6,46 milyard manata çatıb.
Xeberinfo.com:   Məlumata görə, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk iki ayı üzrə hesabatında deyilir.

Hesabata əsasən, həmin dövr üzrə əhalinin adambaşına düşən gəlirlərin həcmi 673,3 manat təşkil edib ki, bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 9 % artıqdır.
Hesabata əsasən, əhalinin sərəncamında olan gəlirlər göstərilən hesabat dövrü ərzində 5,77 milyard manat təşkil edib. Bu göstərici də ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9.4 % çoxdur.
Əhalinin adambaşına sərəncamında olan gəlirləri 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 8,1 % artaraq 601,4 manat təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam