Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tahir Kərimovun evi muzeyə çevrilib?- Açıqlama

87

 

“Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayondakı evinin İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Xeberinfo.com:   Bunu ANSPress-ə Salyan Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Cəbrayılov deyib.
Onun sözlərinə görə, Tahir Kərimovun doğrudan da, Salyanda evi var. Ancaq bu ev şəxsidir, onun özünə məxsusdur: “Fərdi yaşayış evinin icra hakimiyyətinin balansında muzey kimi istifadəsi mümkün deyil. Düzdür, Tahir müəllim icra başçısı işləyəndə buradakı evdə yaşayırdı. Ancaq hazırda ev boşdur. Sabiq icra hazırda həmin evdə yaşamır”.
Rəşad Cəbrayılov onu da əlavə edib ki, gələcəkdə həmin evin muzey kimi icranın balansına verilməsi müzakirə mövzusu deyil.
Qeyd edək ki, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun işlədiyi dövrdə orada inşa etdirdiyi dəbdəbəli villasının bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, villa Salyan şəhərinin mərkəzində yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam