Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Alı Alıyev Fransaya işgüzar səfərə gedir

 

Xeberinfo.com:  Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aprelin 1-dən 5-dək Fransada işgüzar səfərdə olacaqdır. Səfərdə məqsəd Fransanın Altkirch şəhəri ilə Füzuli rayonunun Horadiz şəhəri arasında qardaşlaşma haqqında Protokolun imzalanmasıdır. Səfər zamanı Alı Alıyev Horadiz şəhər bələdiyyəsinin sədri ilə birlikdə Altkirch şəhərinin müvafiq dövlət qurumlarında və şəhər bələdiyyəsində bir sıra görüşlər keçirəcək,  Füzuli rayonu və Horadiz şəhəri ilə bağlı məlumat verəcək, daha sonra Horadiz və Altkirch şəhərləri arasında bir tərəfli qardaşlaşma haqqında protokol imzalayacaqlar.

Aprel ayının sonlarında isə Fransanın Altkirch şəhərinin müvafiq dövlət və bələdiyyə  orqanlarından ibarət nümayəndə heyəti Horadiz şəhərinə səfərə gələcək, növbəti protokol Horadiz şəhərində imzalanacaqdır.

 

 

Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam