Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Onlar tavansız evdə yaşayır, qapısız eyvana çıxırlar - Video

Onlar tavansız evdə yaşayır, qapısız eyvana çıxırlar - Video

 

Yenixeber.org: Ağasadıq Gəraybəyli küçəsi 39 ünvanında yerləşən 4 saylı yataqxana sakinləri yenidən “Qafqazinfo”ya müraciət edib. 

Məcburi köçkünlər bildiriblər ki, iyul ayının əvvəlində baş verən yanğından iki ay ötsə də, onlara hələ də hər hansı bir yardım göstərilmir.

Hazırda məcburi köçkün ailələrinin qalacaqları yeri yoxdur. Onların sözlərinə görə,Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etsələr də, hələ də evlərin təmiri ilə bağlı hər hansı bir iş görülmür. Onlar tavanı olmayan mənzillərdə yaşayırlar:

“Evin divarları yoxdur, hər dəqiqə baxırıq ki, uşaqlardan biri yaxınlaşmasın. İki aydır, kimsə gəlib maraqlanmır. 3 mənzil yanıb, müraciət edirik, heç kim demir ki, nə vaxt təmir olunacaq. Mən iflic olmuşam, üstəlik nəvəmin birində də inkişaf geriliyi var. Uşaq evə gəlmək istəmir, bütün gün küçədədir”.

Qeyd edək ki, “Qafqazinfo” məsələ ilə bağlı ötən ay Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlamışdı. E. Qədimov açıqlamasında bildirmişdi ki, mənzillər yaxın zamanda təmir olunacaq.

Şikayətçilərin ittihamlarının da əks olunduğu videoreportajı təqdim edirik:

Günel Hacı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam