Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Bolluq" fabrikində təhlükəli vəziyyət– FOTO

"Bolluq" fabrikində təhlükəli vəziyyət

 

Dənli bitkilər, un və un məmulatları istehsal edən "Bolluq" MMC-yə məxsus fabrikdə antisanitar vəziyyət hökm sürür

Yenixeber.org: Bu barədə BAKU.WS-ə həmin fabrikdə çalışan, məhz bu vəziyyətə görə fabrikdə çalışmaqdan imtina edən işçi məlumat verib.

Onun sözlərinə görə, fabrikdə müxtəlif çeşidli şokolad, peçenyə, vafli, kökə, qurabiyə, pryanik, keks, rulet istehsal olunsa da, işçilər fabrikdə şalvarlarının balaqlarını çirməyib işləyir, paltarlarını isə elə istehsal bölümündəki pilləkənə asıblar.

Bunu fotolardan da görmək mümkündür. Şikayətçi qeyd edir ki, qida istehsalı olan fabriklərdə təmizlik ön planda olmalıdır, lakin onlar insanların sağlamlığı ilə oynayırlar.

Şikayətçinin sözlərinə görə, fabrikdə çalışanlar əl və ayaqlarını sterilizə etmirlər.

Məsələ ilə bağlı sayt “Bolluq MMC” ilə əlaqə saxlayıb. Lakin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı olduğunu iddia edən, lakin adını açıqlamayan şəxs şikayətin nə olduğunu dinləmədən, səs tonunu ucaldaraq, məlumatı təkzib edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam