Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Cəlilabad İşıq İdarəsində faciə-70 yaşlı qadın həyatını itirib

 

 Yenixeber.org: Redaksiyamıza Cəlilabad rayonu Elektrik Paylayıcı Şəbəkəsində baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat daxil olub. Məlumata görə rayonun Qarazəncir kəndində 02 oktyabr 2017-ci ildən başlayan “işıq böhranı” 05 oktyabr 2017-ci il tarixdə faciə ilə sonuclanıb.

Belə ki, Qarazəncir kəndinə gələn 10 minlik elektrik xəttindən qaynaqlanan “un dəyirmanındakı” oyunlardan bezərək, Cəlilabad Rayon Elektrik Paylayıcı Şəbəkəyə üz tutmuş təxminən 70 yaşlı kənd sakini Məmmədova Güləbətin Təriş qızı üzləşdiyi haqsız tövürlərdən dolayı həyatını itirərək, haqqın dərgahına qovuşub. Hadisənin Cəlilabad Rayon Elektrik Paylayıcı Şəbəkəsində həddi bilinməyən haqsızlıq səbəbindən baş verdiyi bildirilir.

Olayla bağlı Cəlilabad Rayon Elektrik Paylayıcı Şəbəkəsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Cəlilabad Rayon Polis Şöbəsindən isə yenixeber.org-a faktı təsdiqləsələr də, əlavə məlumat vermədilər. Bildirdilər ki, hadisəni rayon prokurorluğu araşdırır.

 

İnformasiya şöbəsi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam