Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Füzulidə iftar süfrələri təşkil olundu

 

 

   Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır.

 

    "Xeberinfo.com": Müqəddəs Ramazan bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhərində, Bala Bəhmənli kəndində və 1 №-li Qayıdış qəsəbəsində şəhid ailələri, Qarabağ əlilləri, imkansız ailələr və bir qrup dindar üçün iftar süfrələri təşkil olunub.

     İftar mərasimdə Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhu yad edilib.

Qeyd olunub ki, Azərbaycanda təşkil olunan iftar süfrələri ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirir.

Bayram münasibəti ilə həmçinin Bakı, Sumqayıt, Şirvan şəhərlərində, o cümlədən ayrı–ayrı rayonlarda məskunlaşmış şəhid ailələri, Qarabağ əlilləri və maddi vəziyyəti ağır olan ailələrə bayram sovqatı verilib.

    Rayonun bir çox yaşayış məntəqələrində iftar süfrələri təşkil olunub.

   Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam