Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Miqrasiya Məcəlləsinə dəyişiklik edildi

Miqrasiya Məcəlləsinə dəyişiklik edildi

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

 

Yenixeber.org: Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin verilməsi üçün tələblər dəyişdirilib.

Belə ki, məcəllənin 53-cü - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər) maddəsində nəzərdə tutulan bəzi sənədlər tələb olunmayacaq.

Bu sənədlər ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış, nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləridir.

Bundan sonra iş icazəsinin verilməsi üçün Azərbaycan ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti də tələb edilməyəcək.

Layihədə göstərilib ki, həmin sənədlərin olmaması üçün icazənin alınmasının (müddətin uzadılmasının) heç bir əhəmiyyəti yoxdur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam