Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Sınıqlar insan sümüyündən hazırlanan vintlərlə birləşdiriləcək

Sınıqlar insan sümüyündən hazırlanan vintlərlə birləşdiriləcək

 

Avstriyanın Qrats Universiteti və "Surgebright" alman startapının biomexanika üzrə mütəxəssisləri tərəfindən insan sümüklərindən istifadə olunmaqla cərrahiyyə vintlərinin hazırlanması üçün yeni metodika işlənilib

 

Yenixeber.org: Məlum olduğu kimi, cərrahlar sümük sınıqlarını birləşdirmək üçün bio-uyğun material hesab edilən titan və paslanmayan poladdan hazırlanan vintlərdən istifadə edirlər. Metal vintlər möhkəm və ağır çəkiyə malik olduğundan xəstələrdə tez-tez narahatçılıq yaradır. Onları çıxartmaq üçün isə yeni əməliyyata ehtiyac duyulur.

Avstraliyalı və almaniyalı biomexanika üzrə mütəxəssislər Shark Screw adlı metal vintləri insanın bud sümüyünün qalın və möhkəm orta hissəsindən hazırlanmış vintlərlə əvəz etməyi təklif ediblər. Sümük vintləri "Surgebright" Berlin startapı və Almaniyanın Hüceyrə və Toxumaların Köçürülməsi İnstitutu (DIZG) tərəfindən birgə istehsal olunur. Vintlərdən Avstriyanın 14 klinikasının cərrahları istifadə edirlər. Biomaterialdan istifadə etməzdən öncə onun davamlılığı, epidemioloji təhlükəsizliyi və digər xüsusiyyətləri yoxlanılır.

Hazırda ayaq sümükləri və üz-çənə cərrahiyyəsi əməliyyatları üçün nəzərdə tutulmuş yeni dizaynlı vintlərin hazırlanması istiqamətində işlər davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam