Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Android” istifadəçilərinin bank kartları təhlükə altındadır

 “Android” istifadəçilərinin bank kartları təhlükə altındadır

 

 Mütəxəssislər tərəfindən “Google Play” proqramlar mağazasında aşkar edilmiş bir neçə mobil proqram istifadəçilərin smartfonuna zərərverici proqram təminatı yükləyir. Bu haqda “ESET” şirkətinin press-relizində deyilir

Yenixeber.org: “BankBot” adlı fırıldaqçı proqram təminatının mobil versiyası geniş yayılıb. Bu fırıldaqçı proqram təminatının izləri “Tornado FlashLight”, “Lamp For DarkNess” və “Sea FlashLight” mobil tətbiqləri, həmçinin smartfonun yaddaşının təmizlənməsi üçün alətlərdə aşkar edilib.

Quraşdırmadan sonra proqram qurğudakı tətbiqləri təhlil edir və bank xidmətlərinin aşkar edilməsi zamanı inzibatçı hüquqlarını sorğulayır. Bundan sonra yeniləmə bəhanəsi adı altında gizli rejimdə “BankBot” tətbiqi yüklənir.

Bank proqramını işə salarkən troyan şəxsi kabinetə daxil olmaq üçün loqin və parolu daxil etməkdən ötrü saxta pəncərə əks etdirir. Bundan sonra hakerlər qurbanın bank hesabına müdaxilə edirlər.

Ekspertlər müəyyənləşdiriblər ki, yalnız proqramların naməlum mənbələrdən quraşdırılmasına icazə verildiyi halda zərərverici mobil tətbiqin yüklənməsi baş verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam