Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakının iki yolunda hərəkət məhdudlaşdırılır

Bakının iki yolunda hərəkət məhdudlaşdırılır

 

 

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən üfüqi nişanlama xətlərinin çəkilişi işləri ilə əlaqədar olaraq Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb

 

Yenixeber.org: Agentlikdən verilən məlumata görə, məhdudlaşdırma bu gün axşam saatlarınadək qüvvədə olacaq.

Bundan başqa, bu gün axşam saat 22:00-dan etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Binəqədi şosesinədək olan hissəsində, həmçinin Binəqədi şosesində də yolcizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

Aparılan işlərlə əlaqədar olaraq sözügedən yollarda hərəkət qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma səhər saatlarınadək qüvvədə olacaq.

“Sürücülərdən qeyd olunan işləri nəzərə alaraq sözügedən istiqamətlərdə diqqətli olmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam