Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Prezidentin sədr təyin etdiyi Fəxri Kazımov kimdir? -DOSYE

 

Prezidentin sədr təyin etdiyi Fəxri Kazımov kimdir? - DOSYE

Yenixeber.org: Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə sədr təyin edilib.

Sərəncamla Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Fəxri Xanhüseyn oğlu Kazımov 1970-ci il oktyabrın 23-dəBakıda anadan olub. 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. 1992-ci ildə İstanbul Mərmərə Universitetinin, Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant kimi təhsilini davam etdirib. 

Əmək fəaliyyətinə 1987-1989-cu illərdə “Azərneftmaştəmir” İstehsalat Birliyin texniki nəzarət şöbəsində inspektor kimi başlayıb. 1995-ci ildə Milli Bankın Pul-Kredit Siyasəti Departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995-2000-ci illərdə Milli Bankın İdarə Heyəti sədrinin baş müşaviri olub. 2000-2002-ci illərdə Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb. 

2002-ci ildən İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri kimi fəaliyyətini davam etdirib. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Fəxri Kazımov Milli Məclisin deputatı, Sosial Rifah Partiyasınıln sədri Xanhüseyn Kazımlının oğludur. (azvision)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam