Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Şəxsiyyət vəsiqələrini almaq daha da asanlaşacaq

Şəxsiyyət vəsiqələrini almaq daha da asanlaşacaq

 

“Tezliklə qeydiyyatdan asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən ASAN Xidmət mərkəzindən ala biləcəklər”

 

Yenixeber.org: Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O, Mingəçevir regional ASAN Xidmət mərkəzinin açılışından sonra şəxsiyyət vəsiqələrinin istənilən ASAN Xidmət Mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırıla biləcəyini söyləyib: 

“Mingəçevir ASAN Xidmət mərkəzinin açılışından sonra ərazi məhdudiyyəti aradan qaldırılacaq”.

Agentlik rəhbəri 2018-ci ildə açılışı baş tutacaq mərkəzlər haqqında da məlumat verib: 

“Növbəti ildə Şəki, Mingəçevir və İmişli regional ASAN Xidmət mərkəzlərinin açılışı nəzərdə tutulub və bir neçə digər mərkəzin təməli qoyulacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam