Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Dərnəgül NMM-nin açılışı təxirə salındı

Dərnəgül NMM-nin açılışı təxirə salındı

 

 

Bu gün açılmalı olan “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi müəyyən texniki məsələlərə görə təxirə salınıb

 

Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda mərkəzin növbəti həftə sərnişinlərin istifadəsinə veriləcəyi qeyd olunub.

Mərkəzdə 11 marşrut xətti üzrə 112 avtobus sərnişinlərə xidmət göstərəcək. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilib.

Ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi bu mərkəz olacaq. Mərkəzin yaradılmasında əsas məqsəd günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Bundan sonra, 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi Dərnəgül NMM olacaq.

Qeyd edək ki, bu günə qədər Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam