Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan əhalisi tibbi müayinədən keçiriləcək

 

 

 Azərbaycan əhalisi tibbi müayinələrdən keçiriləcək

  

Yenixeber.org: Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam