Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

MTRŞ-dən efirlərə siqaretQADAĞASI

MTRŞ-dən efirlərə siqaret

 

 

Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir

 

Yenixeber.org: Bu barədə MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.

T.Dadaşov deyib ki, bununla bağlı müvafiq arayışlar hazırlanır: "Yayımçıların müvafiq qanunun icrasına adaptasiya prosesi gedir. Bu mənada hələ də efirlərdə müəyyən nöqsanlara yol verilir. Lakin bu cür halların kütləviləşməsinə imkan verilməyəcək".

Qeyd edək ki, Prezidentin sərəncamı ilə ötən il qüvvəyə minmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, televiziya və videofilmlərdə, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağandır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam