Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bakıda daha bir avtobus marşrutunda ödəniş kartla ediləcək

Bakıda daha bir avtobus marşrutunda ödəniş kartla ediləcək

 

 

Paytaxtda daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi "BakıKart" vasitəsi ilə həyata keçiriləcək

 

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, fevralın 17-dən etibarən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını "BakıKart" vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xaliq Faiqoğlu" MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.

52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin "BakıKart" əldə etməsi, eyni zamanda balanslarını rahat şəkildə artıra bilməsi üçün BNA tərəfindən zəruri işlərin görülməsi təmin edilib.

Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart" vasitəsi ilə həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam