Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

 

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 2 065 ədəd avtomobil gətirilib

 

Yenixeber.org: Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 062 ədəd və yaxud 2,05 dəfə çoxdur.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 11 ədədi və yaxud 0,53%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 867 ədədi və yaxud 90,4%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 182 ədədi və yaxud 8,85%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 5 ədədi, yaxud 0,24%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin yanvar-fevral aylarına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 6 ədəd və yaxud 2,2 dəfə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,19 dəfə və yaxud 1 015 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 43 ədəd və yaxud 30,94% artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 2 ədəd və yaxud 40% azalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam