Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Növbəti on il ərzində bu peşələr ləğv olunacaq???- VİDEO

Növbəti on il ərzində bu peşələr ləğv olunacaq???

 

 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı gələcəkdə bir sıra peşə sahiblərini işsiz qoyacaq. Buna səbəb bəzi peşələrin yox olaraq tarixə qovuşması olacaq. Ancaq ənənəvi peşələrin bir qisminə isə tələbat artacaq

 

Yenixeber.org: Marşrutlarda konduktor, marketlərdə kassirlər, satış menecerləri, rieltorlar..

Yaxın gələcəkdə bu kimi işlərin tarixə qovuşacağı bildirilir. Elm və texnologiyanın sürətli inkişafı bir sıra peşələrin sıradan çıxmasına və unudulmasına səbəb olur. Buna əsas səbəb sahibkarların aylıq maaş vermək yerinə bu işi görə bilən və yalnız bir dəfə pul ödəyib alınan texnologiyalara üstünlük vermələridir.

Ekspert Elnur Əliyev bildirir ki, gələcəkdə yox olacaq peşələrin sayı çox olacaq. Ancaq bu hansısa narahatlıq yaratmamalıdır. Çünki, informasiya-kommunikasiya texnologiyalarının, eləcə də təbiət elmlərinin sürətli inkişafı bir sıra yeni peşələrin yaranmasına, mövcud olanlara isə tələbatın artmasına səbəb olacaq. Məsələn genetika mühəndisliyi, elektron idman oyunçuluğu, kibertəhlükəsizlik mütəxəssisi bunlardan sadəcə bir neçəsidir. Buna görə ali təhsil müəssisələri də tədris etdiyi fakültələri müasir dövrün tələblərinə uyğunlaşdırmalıdır.

Onu da qeyd edək ki, müasir texnologiyalarla yanaşı bir sıra ənənəvi sahələrə tələbat isə artacaq. Bunlar psixoloq, din xadimliyi, idman müəllimliyi və diş həkimliyi kimi sahələrdir.

Növbəti on il ərzində hansı peşələr ləğv olunacaq? -

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam