Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) xərçəngin diaqnostikası və müalicəsi üçün Azərbaycana texniki dəstək verməkdə maraqlıdır

Yenixeber.org:Bunu qurumun baş direktoru Yukiya Amano bu həftə Bakıda keçirdiyi görüşlərdə səsləndirib.

O deyib ki, rəhbərlik etdiyi Agentlik həmçinin kənd təsərrüfatı sahəsində də Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Azərbaycan Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevlə görüşən Y.Amano bildirib ki, Mərkəzdə radioterapiya sahəsində təkmilləşdirilmə işləri baş verib.

Qeyd edək ki, AEBA Azərbaycanda olan Onkologiya Mərkəzinə siklotron və pozitron emissiya tomoqrafiyası və kompüter tomoqrafiyası (PET-CT) avadanlıqları verib və radiofarmoseptika və nüvəterapiya sahəsində təlimlər keçirməyə davam edir.

Avadanlıqlar xəstəliklərin erkən aşkarlanması və idarə edilməsinə kömək edir, xəstələrin ömrünü artırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam