Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ATV-nin aparıcısı: “Biz torpaqlarımızı işğal edəcəyik...”-(Rüsvayçılıq)



Yenixeber.org: Bu gün ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib.

Proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününün nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: “Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də...ondan sonra əsl qələbə gününü bayram edəcəyik...”

Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub.

Həmin dəqiqələrin videoyazısını oxuculara şərhsiz təqdim edirik.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam