Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb

  Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 31 062 yeni abunəçi qeydiyyata alınıb ki, bunun da 19 717-si Bakı, Abşeron və Sumqayıt, 11 345-i isə regionlar üzrədir
 
Yenixeber.org: Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib

Məlumata görə, yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.
Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abunəçilərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 126 910-a çatıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam