Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Azəryaşlandşaft" ASC-nin sədri:"Bu il 16 500 zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb"

  
"2018-ci ilin 4 ayı ərzində 35 hektar ərazidə 16 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb"


Yenixeber.org:  Bunu "Azəryaşlandşaft" ASC-nin sədri Ramik Əşrəfov nazirlikdə keçirilən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti və cəmiyyət tərəfindən salınan yaşıllıqlar mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilir: "Son illər xaricdən ting və toxum almırıq".
R.Əşrəfov qeyd edib ki, 2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur: "Hazırda tinglik sahələrində 2 535 870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 2018-ci ilin payızında isə 921 000 ədəd meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub".
O xatırladıb ki, 2008-ci ildən bu günədək ölkənin magistral avtomobil yollarının ətrafında 4443 hektar ərzində 5 439 580 ədəd müxtəlif cinsli ağac əkilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam