Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“ASAN xidmət”ə müraciətlərin sayı 22 milyona çatıb

 

“ASAN xidmət”ə 22 milyonuncu vətəndaş müraciəti qeydə alınıb


Yenixeber.org: Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Bu müraciətin sahibi Bakı şəhər sakini Nigar Balakişiyeva olub. O, 9-108 sifarişli Səyyar ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyitərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.
22 milyonuncu müraciətin sahibi kimi Nigar Balakişiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.
Xidmətin sifarişi 9-108 nömrəli “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytı vasitəsi ilə mümkündür. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam